"Vətən müharibəsinin 160 hərbçisi son nəsil protezlə təmin edilib" - Anar Bayramov

   "Vətən müharibəsinin 160 hərbçisi son nəsil protezlə təmin edilib" -    Anar Bayramov
  19 Noyabr 2021    Oxunub:1150
Bu ilin 10 ayı ərzində 7615 nəfər əlilliyi olan şəxsə 38670 protez-ortopedik və digər reabilitasiya vasitələri, o cümlədən 908 mühərrikli təkərli oturacaq verilib.
AzVision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov mətbuat konfransında deyib. O bildirib ki, müharibə əlillərindən ibarət 6450 nəfərə reabilitasiya xidmətləri, həmçinin Vətən müharibəsinin 1040 nəfər qazisinə sosial-psixoloji dəstək xidmətləri göstərilib:

"Müharibə əlillərinin yüksək texnologiyalı, elektron protezlərlə təminatı işləri aparılır və Vətən müharibəsində yaralanmış, aşağı və yuxarı ətrafları amputasiya edilmiş 160 hərbçi 168 son nəsil protezlə təmin edilib".

Aytən Zəhra
AzVision.az



Teqlər: Protez  



Xəbər lenti