Mursinin iki tərəfdarına ölüm hökmü oxunub

Mursinin iki tərəfdarına ölüm hökmü oxunub
  30 Mart 2014    Oxunub:889
Misirdə məhkəmə devrilmiş prezident Məhəmməd Mursinin iki tərəfdarına ölüm cəzasına məhkum olunublar.

AzVision.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.

İstintaqın məlumatına görə, ölüm cəzasına məhkum olunan şəxslər Misirdə qadağan olunmuş “Müsəlman qardaşlar” hərəkatının üzvü olub. Onlar İsgəndəriyyə şəhərində uşaqların qətlində ittiham olunublar.

Xatırladaq ki, bir neçə gün əvvəl məhkəmə “Müsəlman qardaşlar” hərəkatının 529 üzvünü ölüm cəzasına məhkum edib. Onlar polis məntəqəsinə hücum edərək bir qrup zabiti qətlə yetirməkdə ittiham olunurlar.


Teqlər:





Xəbər lenti