"Azəristiliktəchizat"-a borca görə vaxt verildi

   "Azəristiliktəchizat"-a borca görə vaxt verildi
  19 Noyabr 2021    Oxunub:993
"Azəristiliktəchizat" ASC qazın istifadəsinə görə "Azəriqaz" İstehsalat Birliyinə yaranan borcun müəyyən bir hissəsini ödəyib.
AzVision.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində məlumat verib. O bildirib ki, tərəflər arasında əldə olunan razılığa görə, borcun ödənilməsi tarixi dekabrın 15-dək uzadılıb.

R.Əliyev qeyd edib ki, borc ödənilmədiyi təqdirdə "Azəriqaz" qazın verilişini dayandırmaq məcburiyyətində olacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti