Bu il 8307 uşağa əlillik statusu verilib

   Bu il 8307 uşağa əlillik statusu verilib
  19 Noyabr 2021    Oxunub:761
“Bu il travmalar səbəbindən verilən əlillik sayı da çoxalıb. Bu bizə Zəfər qazandıran onlarla, yüzlərlə yaralı qaziyə əlillik təyinatı ilə əlaqədardır”.
AzVision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov Əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahəsində görülmüş işlərə dair mətbuat konfransında çıxışı zamanı deyib. O qeyd edib ki, bu il 8307 uşaq "sağlamlıq imkanları məhdud uşaq" statusu alıb:

“Bu il 14716 nəfərə ilkin əlillik təyinatı aparılıb. Əlillik statusu ilə bağlı rəqəmlərin artırmaq və ya azaltmaq kimi məqsədimiz yoxdur. Əsas hədəfimiz şəffaf şəkildə haqqı olan şəxslərə əlillik təyinatının aparılmasıdır. Bu il üçün onkoloji xəstəliklər əlillik təyinatı üçün ön sıralarda olan səbəblərdəndir”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Uşaq   əlillik  





Xəbər lenti