"Qrant Siyasəti” sənədi müzakirə olundu

"Qrant Siyasəti” sənədi müzakirə olundu
  19 Noyabr 2021    Oxunub:967
Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
AzVision.az xəbər verir ki, iclasda Agentliyin “Qrant Siyasəti” sənədi müzakirə olunub. Sənədin qeyri-hökumət təşkilatının iştirakı ilə ictimai müzakirəsinin keçirilməsi və təkliflərin toplanması qərara alınıb.

Eyni zamanda iclasda “Maraqlar münaqişəsinin istisna olunması qaydası” layihəsinin və Agentliyin loqotipinin təsdiq olunması məsələlərinə baxılıb və hər iki məsələ ilə əlaqadar qərar qəbul edilib.

AzVision.az



Teqlər: QHT  





Xəbər lenti