Tələbələrin gələcəyinə atılan addım - Yeni proqrama start verildi

Tələbələrin gələcəyinə atılan addım -    Yeni proqrama start verildi
  19 Noyabr 2021    Oxunub:1600
"Təcrübə və Təqaüd Proqramları" MMC ilə "AzVision" MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən təhsil alan və təhsilini başa vurmuş gənclər AzVision.az saytında müxtəlif istiqamətlər üzrə təcrübə keçərək praktiki biliklərini təkmilləşdirəcəklər. Proqramın müddəti minimum 1 ay nəzərdə tutulub və hər ay davam edəcək. Təcrübə müddəti başa çatdıqdan sonra təcrübəçiyə proqramı müvəffəqiyyətlə başa vurmasını göstərən Sertifikat təqdim ediləcək.

Proqram təcrübəçi ilə müəssisə arasında təcrübə təminatçısı rolunu oynayır. Layihənin məqsədi tələbə gənclərin fərdi inkişafına, uğurlu mütəxəssis kimi formalaşmasına dəstək olmaq, eləcə də müəssisələrin kadr potensialını zənginləşdirməkdən, dövlətimizə və cəmiyyətimizə faydalı olacaq mütəxəssislərin yetişməsinə və dövlətin gənclər siyasətinə kiçik töhfə verməkdən ibarətdir.

Proqrama qeydiyyatla bağlı məlumatı www.tecrubeveteqaud.az saytı və sosial şəbəkə hesablarından əldə edə bilərsiniz.











Aytən Zəhra
AzVision.az



Teqlər: Tələbə   Təcrübə  



Xəbər lenti