2 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilib

2 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilib
  19 Noyabr 2021    Oxunub:1942
Bakıda 2 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) AzVision.az -a verilən məlumatda deyilir ki, dəyişikliyə əsasən, bu xətt üzrə avtobuslar metronun “Dərnəgül” stansiyasınadək hərəkət edəcək.

Dəyişiklik sayəsində 7-ci mikrorayon və metronun “Dərnəgül” stansiyası ətrafında məskunlaşan vətəndaşların metronun “N.Nərimanov”, “Nizami”, “20 Yanvar” stansiyaları və “Beynəlxalq Avtovağzal Kompleksi" istiqamətində birbaşa gedişi təmin olunacaq.

AzVision.az


Teqlər: BNA  



Xəbər lenti