Enerjiyə qənaət, xərclər azalacaq - Yeni deponun üstünlükləri

      Enerjiyə qənaət, xərclər azalacaq    - Yeni deponun üstünlükləri
  19 Noyabr 2021    Oxunub:1658
Yeni Biləcəri lokomotiv deposunda dəyişən cərəyanla işləyən elektrovozların texniki xidməti və təmiri həyata keçiriləcək.

Bunu AzVision.az -a açıqlamasnda “Azərbaycan Dəmir Yolları “QSC-nin mətbuat katibi Natavan Bayramova deyib.
O bildirib ki, depoda əsas təmir zonsında eyni anda 6 ədəd lokomotivə xidmət etməyə imkan verən ikimərtəbəli platforma mövcuddur:

“Depo ümumilikdə 346 müasir avadanlıqla təhciz olunub ki, bunların da bir hissəsi böyük ölçülü, böyük hissəsi isə mobil və kiçik hissəlidir. Bunlar əsasən ABŞ, Birləşmiş Krallıq, Almaniya, İtaliya,Türkiyə, Cənubi Koreya, Çin, Rusiya və digər ölkələrin istehsalıdır".



N.Bayramova bildirib ki, dəyişən cərayana keçid enerji resurslarına qənaet etməyə imkan verəcək:

"Beləliklə, yeni depo eyni zamanda xərclərin azalmasına da xidmət göstərəcək. Bu isə öz növbəsində təmir və texniki xidmətin optimallaşdırılmasını, istismarda etibarlılığın artırılmasını və nəticə etibarı ilə yük və sərnişindaşımanın yaxılaşmasını təmin edəcək. Depoda xarici ölkələrdə təlim keçmiş 150-yə yaxın yüksək ixtisaslı işçi çalışacaq.

Depoda 19 ədəd yoldəyişən daxil olmaqla ümumi uzunluğu 3500 metrdən çox dəmiryol xətti quraşdırılıb, 12 min kvadrat metr asfalt yol çəkilib. Ərazidə sahə üzrə işıqlandırma, su və qaz təhcizatı sistemləri quraşdırılıb. Su çənləri, çirkab su təmizləyici qurğular yerləşdirilib. Anbar, 100 nəfərlik yeraltı sığınacaq və təkər yuma binaları inşa edilib”.








Aytən Zəhra
AzVision.az


Teqlər: Biləcəri   Depo  



Xəbər lenti