Bayden yenidən səlahiyyətlərinin icrasına başlayıb

Bayden yenidən səlahiyyətlərinin icrasına başlayıb
  19 Noyabr 2021    Oxunub:1207
ABŞ Prezidenti Cozef Bayden yenidən vəzifə səlahiyyətlərinin icrasına başlayıb.
Bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki məlumat verib. Onun sözlərinə görə, Prezidentin əhval-ruhiyyəsi yaxşıdır və o, müayinəsinin qalan hissəsi üçün Uolter Rid Tibb Mərkəzində qalacaq.

Qeyd edək ki, Cozef Bayden ABŞ Konqresinin rəhbərlərinə konstitusiyaya uyğun olaraq planlı kolonoskopiya zamanı narkoz altında olarkən səlahiyyətlərini qısa müddətlik vitse-prezident Kamala Harrisə ötürəcəyini yazılı şəkildə bildirmişdi. Prosedur başa çatdıqdan sonra o, “BŞ prezidentinin səlahiyyət və vəzifələrini yerinə yetirə biləcək imkanın olduğunu bildirib.

***
19:31
ABŞ Prezidenti Co Bayden səlahiyyətlərini qısa müddətlik vitse-prezident Kamala Harrisə ötürəcək.

AzVision.az "Sky News"a istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, Bayden tibbi müayinədən (kolonoskopiya) keçmək üçün anesteziya olunacaq, buna görə də Prezident səlahiyyətlərini müvəqqəti olaraq vitse-prezident Kamala Harrisə ötürəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti