Türkiyədə zəlzələ - Yaralılar var

   Türkiyədə zəlzələ -    Yaralılar var
  19 Noyabr 2021    Oxunub:1084
Türkiyənin şərqində yerləşən Ərzurum vilayətində 5,1 bal gücündə zəlzələ baş verib. AzVision.az xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 15:40-da Köprüköy ərazisində qeydə alınıb.
Səhiyyə naziri Faxrettin Koca tviter hesabında bildirib ki, zəlzələ nəticəsində 4 nəfər xəsarət alıb, iki kənddə dağıntılar baş verib. Əraziyə 5 təcili yardım maşını və 27 tibb işçisi cəlb olunub.

Dağıntılar altında qalan iki nəfər sağ çıxarılıb.

AzVision.az


Teqlər: Zəlzələ  



Xəbər lenti