"Ağdamdakı dağıntını törədənlər insan ola bilməzlər" - Rusiyalı hərbi icmalçı
A.Artomonov qeyd edib ki, gördüyü dağıntılar ermənilərin bu torpaqların əsl sahiblərinə nifrətinin təsdiqidir. Onlar bu torpaqları sevmirdilər və bilirdilər ki, nə vaxtsa buranı tərk edəcəklər. “Azərbaycan xalqı öz torpağı, yurdu uğrunda mübarizə apararaq onu azad etdi. Əsas budur! Zaman keçəcək, bu torpaqlar doğma sakinlərinin nəfəsi ilə ağrılarını unudacaq və yenidən canlanacaq. Vətən, torpaq sevgisi varsa, hər şey yenidən canlanacaq və qaydasına düşəcək”, - deyə o vurğulayıb.
Hərbi şərhçi deyib ki, Azərbaycan Vətən müharibəsində zəfəri ilə güclü dövlət olduğunu sübut etdi və həm də regionda yeni reallıq yaratdı. Göstərdi ki, onun torpaqlarına göz dikənin aqibəti yaxşı olmayacaq. Ərazi bütövlüyünü bərpa etməklə öz iradəsini qəbul etdirən Azərbaycan Cənubi Qafqazda söz sahibinə çevrilib. Azərbaycanın Ermənistandan başqa, bütün region ölkələri ilə yaxşı əlaqələri var.
“Azərbaycan möhtəşəm Qarabağ Zəfərini qazanmaq üçün 30 ilə yaxın səbir etdi. Təmkinlilik, səbirli olmaq Azərbaycan Liderinin və xalqının müdrikliyindən irəli gəlir. Səbir etmək gözəl xüsusiyyətdir və səbirli insanlar sonunda qalib gəlirlər”, - deyə Aleksandr Artomonov əlavə edib.
AzVision.az
Teqlər: Ağdam







Vaxtında, Aydın, Lazımlı!


