Lənkəranda ikimərtəbəli ev yanıb

Lənkəranda ikimərtəbəli ev yanıb
  21 Noyabr 2021    Oxunub:818
Lənkəran şəhərinin Boladı kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü yanıb.
Bu barədə AzVision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az



Teqlər: Yanğın  





Xəbər lenti