Putin koronavirusa qarşı təkrar peyvənd olunub

Putin koronavirusa qarşı təkrar peyvənd olunub
  21 Noyabr 2021    Oxunub:1433
Rusiya Prezidenti Vladimir Putin "Sputnik Layt" peyvəndi ilə koronavirusa qarşı təkrar peyvənd olunub.
Bu barədə Putin Hamaley adına Milli Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzinin direktor müavini Denis Loqunova ilə görüşdə bildirib.

"Bu gün sizin və həmkarlarınızın tövsiyəsi ilə "Sputnik Layt" ilə növbəti dəfə peyvənd olundum.
Buna revaksinasiya deyilir".

Dövlət başçısının sözlərinə görə, prosedurdan sonra özünü yaxşı hiss edir.

Qeyd edək ki, ötən ilin yazında prezident iki komponentli Sputnik V ilə COVID-19-a qarşı peyvənd olunmuşdu.

AzVision.az


Teqlər: Putin  



Xəbər lenti