Azərbaycan Ordusunda xidmət etmiş general vəfat edib
Bir müddət əvvəl A.Vasyak yenidən ordu sıralarından tərxis olunaraq bu dəfə Rusiya Federasiyasının Kaluqa şəhərinə, ailə üzvlərinin yanına getmişdi. O, bu gün ağır xəstəlikdən dünyasını dəyişib. A.Vasyakın həyat yoldaşı onun vəfatı xəbərini təsdiqləyib.
Əldə etdiyimiz məlumata görə sabah generalın nəşi Bakıya gətiriləcək və o Müdafiə Nazirliyi tərəfindən təntənəli şəkildə son mənzilə yola salınacaq. Dəfn mərasimi 23 noyabr tarixinə planlaşdırılıb.
Müdafiə Nazirliyinin rəsmilərindən biri olan general E.Xəlilovun rəhbərliyi altında dəfn komissiyası yaradılıb və yaxın saatlarda mərhum general A.Vasyakla bağlı rəsmi məlumatın açıqlanacağı gözlənilir.(Report)
AzVision.az
Teqlər: Ordu