Bakıda daha bir yol yeniləndi

Bakıda daha bir yol yeniləndi
  22 Noyabr 2021    Oxunub:922
Noyabrın 20-21-də Bakının Əbdülvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsünün sıradan çıxmış köhnə temperatur şovları yenilənib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AzVision.az -a verilən məlumata görə, təmir-tikinti işləri körpünün “Qələbə dairəsi” istiqaməti üzrə hərəkət hissəsində aparılıb.

Sürücüləryol ötürücüsünün sözügedən hissəsi üzrə rahat və təhlükəsiz şəkildə avtonəqliyyat vasitələrini idarə edə bilərlər.

AzVision.az



Teqlər: Yol  





Xəbər lenti