Türkiyədə bələdiyyə seçkiləri başa çatdı

Türkiyədə bələdiyyə seçkiləri başa çatdı
  31 Mart 2014    Oxunub:1635
AzVision.az xəbər verir ki, yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 10:00) başlayan səsvermə saat 16:00-dək (19:00) aşağıdakı dairələrdə davam edib: Adıyaman, Ağrı, Artvin, Bingöl, Bitlis, Diyarbəkir, Elazığ, Ərzincan, Ərzurum, Qaziantep, Girəsun, Gümüşhane, Hakkari, Qars, Malatya, Qəhrəmanmaraş, Mardin, Muş, Ordu, Rizə, Siirt, Sivas, Trabzon, Tunceli, Şanlıurfa, Van, Bayburt, Batman, Şırnak, Ərdəhan, İğdır və Kilis.

Digər dairələrdə isə səsvermə yerli vaxtla saat 08:00-dan 17:00-dək keçirilib.

Türkiyədə qeydiyyatdan keçmiş seçicilərin sayı 52 695 831 nəfər (26 704 757 nəfəri qadın, 25 991 75 nəfəri kişi) təşkil edir. Ölkə üzrə 194 310 seçki qutusu quraşdırılıb. Yerli bələdiyyə orqanları seçkilərində 26 siyasi partiya iştirak edib.

Səsvermənin nəticələri üzrə bələdiyyə başçıları, bələdiyyə şuralarının üzvləri, həmçinin kənd, şəhər rayonları və məhəllələrin muxtarları müəyyən olunacaq.

Türkiyədə seçkilər günü yerli vaxtla saat 06:00-dan 24:00-dək mağaza, kafe və restoranlarda spirtli içkilərin satışı və qəbulu qadağan olunub.

Bundan başqa, bütün əyləncə yerləri bağlanıb. Təhlükəsizlik qüvvələri əməkdaşlarından başqa, heç kəs seçkilər günündə silah gəzdirə bilməz.


Teqlər:





Xəbər lenti