İdxalda aşkarlanan uyğunsuzluqla bağlı 182 bildiriş göndərilib
"Azərbaycandan ixrac olunan məhsullarda aşkarlanan uyğunsuzluqlarla bağlı ümumilikdə 128 bildiriş daxil olub: "Həmin bildirişlərdən 109-u Rusiya (pomidor - 71, şaftalı-16, armud- 4 nektarin-4, digər-14), 17-si Qazaxıstan (pomidor), 2-si Ukraynadan (taxta qablaşdırma materialı) göndərilib. Daxil olan bildirişlərlə bağlı dərhal araşdırmalar aparılıb və müvafiq tədbirlər görülüb".
AQTA sədri xatırladıb ki, hazırda qonşu ölkələr də daxil olmaqla, dünyanın bir çox ölkələrində kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurmaq potensialına malik olan virus və bakteriya mənşəli bir sıra xəstəliklər yayılır:
"Həmin virus xəstəliklərinin əsas sahib bitkisi pomidor bitkisidir, lakin bu viruslar badımcançiçəklilər və digər fəsilələrə aid olan bitkilərdən badımcan, bibər, kartof və tütünə daha çox zərər vurur. Bununla bağlı ölkədə idxal tələbləri dəyişdirili və fitosanitar nəzarət tədbirləri daha da gücləndirilib".
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


