Piyadanı vuraraq hadisə yerindən yayınan şəxs tutulub

Piyadanı vuraraq hadisə yerindən yayınan şəxs tutulub
  22 Noyabr 2021    Oxunub:668
Binəqədi rayonunun Binəqədi qəsəbəsində yolu keçən qəsəbə sakini F.Həsənov müəyyən edilməyən avtomobillə vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, yol-nəqliyyat hadisəsini törədərək qaçmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini M.Nəbiyev Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşərək saxlanılıb.

Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti