Sarkisyan külli miqdarda rüşvət almaqda ittiham olunur

   Sarkisyan külli miqdarda rüşvət almaqda ittiham olunur
  22 Noyabr 2021    Oxunub:890
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana qarşı külli miqdarda rüşvət almaq ittihamı irəli sürülüb.
AzVision.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya”ya ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Sarkisyan barəsində başqa yerə getməmək haqqında intizam qətimkan tədbiri seçilib.

Bundan əvvəl Ermənistan Xüsusi İstintaq Komitəsi keçmiş prezident Serj Sarkisyanın Almaniyanın Baden-Baden şəhərinə səfərləri ilə bağlı cinayət işi açıb. Bildirilib ki, oktyabrın 8-də Baş Prokurorluğa cinayət işinin başlanması ilə bağlı istintaq materialları daxil olub. İş Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2-ci hissəsi ilə açılıb.

Xatırladaq ki, avqustun 25-də parlamentdə çıxış edən Vətəndaş Müqaviləsi fraksiyasından olan deputat Xaçatur Sukiasyan keçmiş prezident Serj Sarkisyanın Baden-Baden şəhərindəki qumarxanalarda 100 milyon dollar uduzduğunu bildirib.

AzVision.az


Teqlər: Sarkisyan   Rüşvət  





Xəbər lenti