Yaponiyada zəlzələ baş verib

Yaponiyada zəlzələ baş verib
  31 Mart 2014    Oxunub:1030
Ölkənin şimal-şərq hissəsində 4,9 bal gücündə zəlzələnin ocağı ocağı isə 31 kilometr dərinlikdə yerləşib.
Bu gün yerli vaxtla saat 11:12 dəqiqədə Yaponiyanın mərkəzi adası Hönsünün şimal-şərqində 4,9 bal gücündə zəlzələ baş verib.

AzVision.az xəbər verir ki, Yaponiya Milli Meteorologiya İdarəsinin yaydığı məlumata əsasən, zəlzələnin episentri Sakit okeanın Fukusima prefekturası sahillərində, ocağı isə 31 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərər çəkənlər barədə məlumat verilmir. Bildirildiyinə görə, yeraltı təkanlar Yaponiyanın şərqində yerləşən atom elektrik stansiyalarına zərər vurmayıb.

Yeraltı təkanlar paytaxt Tokio da daxil olmaqla, Yaponiyanın on prefekturasında hiss olunub.


Teqlər:





Xəbər lenti