Övladını küçəyə atan ana ilə bağlı araşdırmalara başlanılıb

Övladını küçəyə atan ana ilə bağlı araşdırmalara başlanılıb
  23 Noyabr 2021    Oxunub:580
Polis Tovuz rayonunda ananın gecələr azyaşlı övladını evdən çıxararaq küçədə yatmağa məcbur etməsi ilə bağlı araşdırmalara başlayıb.
Daxili İşlər Nazirliyinin Gəncə şəhər regional qrupdan AzVision.az -a verilən məlumata görə, məsələ polis nəzarətinə götürülüb və aparılan araşdırmalar nəticəsində hüquqi qiymət veriləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə Tovuz rayonunda ananın gecələr azyaşlı övladını evdən çıxararaq küçədə yatmağa məcbur etməsi ilə bağlı foto paylaşılıb.

Məlumata görə, foto rayonun Yusif Sadıqov küçəsi ilə Əhməd Cavad küçəsinin kəsişməsində çəkilib.

AzVision.az



Teqlər: DİN  





Xəbər lenti