Girov götürülən ispaniyalı jurnalistlər azad edildi

Girov götürülən ispaniyalı jurnalistlər azad edildi
  31 Mart 2014    Oxunub:949
Suriyada girov götürülən iki ispaniyalı jurnalist altı aydan sonra azad edildi.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, İspaniyanın “El Mundo” qəzetinin əməkdaşı və müstəqil fotoqraf ötən ilin sentyabrında Türkiyə ilə sərhəddə radikal islamçı “İraqda və Gündoğan ölkələrdə islam dövləti” təşkilatının döyüşçüləri tərəfindən girov götürülüblər.

Azad edilən jurnalistlər türk hərbçilərinə təhvil verilib. Onlar da öz növbəsində hər iki jurnalisti vətənlərinə yola salıblar.

Qeyd edək ki, radikal islamçı təşkilatın döyüşçüləri tərəfindən 15 xarici və 20 suriyalı jurnalist hələ də girovluqda saxlanılmaqdadır.


Teqlər:





Xəbər lenti