Seçkilərdə AKP irəlidədir- YENİLƏNİB-2
AzVision.az xəbər verir ki, məlumata görə, AKP səslərin 48,56, CHP-26,65, MHP-13,42, BDP-3,34 faizini qazanıb. Ekspertlərin əvvəlcədən də qızğın mübarizə olacağını proqnozlaşdırdıqları üç şəhərində- İstanbulda AKP, Ankarada CHP, İzmirdə CHP öndədir.
Diqqət mərkəzində olan rayonlardan biri də Ərzurumdur. Bura AKP-nin son aylardakı əsas müxalifətinə çevrilmiş "Hizmət" Hərəkatının lideri Fətullah Gülenin doğulduğu rayondur. İlkin nəticələrə görə, Ərzurumda səslərin 59, 92 faizini AKP-nin namizədi qazanıb.
Ümumilikdə Türkiyənin 46 rayonunda AKP öndədir.
Qeyd edək ki, bu gün Türkiyədə bələdiyyə seçkilərinə start verilib. Türkiyədə qeydiyyatdan keçmiş seçicilərin sayı 52 695 831 nəfərdir. Onlardan 26 704 757 nəfəri qadın, 25 991 75 nəfəri isə kişidir. Ölkə üzrə 194 310 seçki qutusu quraşdırılacaq. Yerli bələdiyyə orqanları seçkilərində 26 siyasi partiya iştirak edir.
Səsvermənin nəticələri üzrə bələdiyyə başçıları, bələdiyyə şuralarının üzvləri, həmçinin kənd, şəhər rayonları və məhəllələrin muxtarları müəyyən olunacaq.
Bələdiyyə seçkilərində 26 siyasi partiyanın iştirak etməsinə baxmayaraq, əsas mübarizənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndələri arasında gedəcəyi gözlənilir.