Pedoqoji Universitetin 100-ə yaxın tələbəsi koronavirusa yoluxub

Pedoqoji Universitetin 100-ə yaxın tələbəsi koronavirusa yoluxub
  23 Noyabr 2021    Oxunub:1333
"Ənənəvi tədris bərpa olunandan bu günə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100-ə yaxın tələbəsi koronavirusa yoluxub".
Ali məktəbin mətbuat katibi Cavid Hüseynov AzVision.az -a verilən məlumata görə, aralarında ağırlaşma və ölüm halları qeydə alınmayıb.

Onun sözlərinə görə, indiyə qədər 39 qrup distant təhsilə keçib: "Bir hissəsi artıq karantindən geri qayıdıb. Son 2 gündə daha 6 qrup ənənəvi tədrisə geri qayıdıb".

AzVision.az



Teqlər: Tələbə  



Xəbər lenti