Peyvənd sonsuzluğa səbəb olur?

    Peyvənd sonsuzluğa səbəb olur?
  23 Noyabr 2021    Oxunub:823
“COVID-19 peyvəndinin qadınlarda və ya kişilərdə sonsuzluq problemlərinə səbəb olduğuna və ya plasentaya, dölə zərər verdiyinə dair yayılan məlumatlar əsassızdır”.
AzVision.az -ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Məhəmməd Qəmbərov deyib. Onun sözlərinə görə, hamilə olmağa çalışan qadınlar mövcud COVID əleyhinə peyvənd oluna bilərlər: “Peyvənddən sonra belə hamiləliyin təxirə salınması üçün heç bir səbəb yoxdur”.

O bildirib ki, hamilələrdə xəstəliyin yaratdığı ağırlaşmalar səbəbiylə ana ölümü, bətndaxili fetal ölüm, vaxtından əvvəl su gəlişi, vaxtından əvvəl doğum ehtimalı artır: “Vaxtından əvvəl doğum baş verən hallarda təbii ki, uşaqda qalıcı və kəskin ağırlaşma ehtimalı da artmış olur”.

AzVision.az


Teqlər: Hamilə  





Xəbər lenti