BDU-nun yataqxanalarında digər universitetlərin tələbələri qala biləcək

 BDU-nun yataqxanalarında digər universitetlərin tələbələri qala biləcək
  24 Noyabr 2021    Oxunub:728
"Bakı Dövlət Universitetinin yeni yataqxanalarının tikilməsi üzərində iş gedir. Bununla bağlı dövlət-özəl tərəfdaşlığı əsasında hər həftə müzakirələr aparılır".
Bunu AzVision.az -a açıqlamasında Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev deyib. O bildirib ki, Universitetin yeni tikilən 225 nəfərlik yataqxanası əsaslı şəkildə təmir olunub və tələbələr üçün lazımi vəsaitlərlə təmin olunub:

"Universitetin əvvəlki tələbə şəhərciyində xoşagəlməz vəziyyət var idi. Oranı hasarladıq və indi ərazi xüsusi mühafizə altındadır, kənar şəxslərin girişi mümkün deyil".

Rektor bildirib ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində Bakı Dövlət Universitetinin köhnə yataqxanasının ərazisində müasir səviyyədə tələbə şəhərciyinin salınması nəzərdə tutulur:

"Hazırda layihələr üzərində işləyirik. Düşünürük ki, burada tələbə şəhərciyi salınandan sonra nəinki öz universitetimizin tələbələrini, eyni zamanda yaxınlıqdakı digər universitetlərin də tələbələrini təmin etmək imkanımız olacaq. Ən yüksək səviyyədə müasir tələblərə cavab verən yataqxana kompleksləri üzərində iş gedir. Hətta ilkin layihələr var, onlar estetik və texniki imkanlar baxımından gözəl layihələrdir".

Aytən Zəhra
AzVision.az


Teqlər: BDU   Yataqxana  





Xəbər lenti