Dünya mediası: `Ərdoğanın prezidentliyə yolu açıldı` - DAYCEST

Dünya mediası: `Ərdoğanın prezidentliyə yolu açıldı` - DAYCEST
  31 Mart 2014    Oxunub:887
Dünya mətbuatı Türkiyədə ötən gün baş tutan bələdiyyə seçkilərinə münasibət bildirib.

AzVision.az xəbər verir ki, aparıcı media orqanlarında baş nazir Rəcəb Tayyib Ərdoğan və hökumətlə bağlı bir çox iddiaların olmasına baxmayaraq hakim AKP-nin seçkidə qalib gəldiyi qeyd edilib.

“THE Wall Street Journal” Türkiyədəki seçkilərə belə münasibət bildirib:

“Belə görünür ki, Türkiyədəki səsvermə Ərdoğanı daha da gücləndirib. Onun partiyası havada uçuşan iddialara baxmayaraq seçkidə qalib gəldi. Türkiyənin baş naziri Ərdoğan hökumət üçün referendum hesab olunan bələdiyyə seçkilərindən qalib kimi çıxdı”.

“ABC NEWS” isə seçkiləri belə şərh edib: “İlkin nəticələrə görə Ərdoğan 2009-cu ildəki seçkidə olduğundan daha çox səs toplayıb. Bu seçki Ərdoğanın taleyüklü məsələsinə çevrilmiş və onun 12 ilik fəaliyyətinin refenredumu sayılırdı.

Onu da qeyd etmək lazımdır ki, seçki qutuları qarşısında yaranan növbələrdən də görünür ki, seçicilərin seçkidə iştirak səviyyəsi yüksək olub”.

“THE TELEGRAPH” – Ərdoğan seçkilərdə müxalifəti məğlubiyyətə uğratdı. Baş nazir Ərdoğanın sədrlik etdiyi partiya seçkilərdə ciddi fərqlə rəqiblərini qabaqladı. Ərdoğanın liderliyi üçün referendum kimi qəbul edilən seçkilər AKP-yə yeni uğur gətirdi”.

“THE GUARDIAN” – Belə görünür ki, Rəcəb Tayyib Ərdoğan bələdiyyə seçkilərində qələbə qazanıb. Seçkidən əvvəl AKP-nin hədəfi2009-cu ildə topladığı 38.8% səs idi. Bu nəticələrdən sonar Ərdoğan avqust ayında baş tutacaq president seçkilərində də namizəd ola bilər.

“FINANCIAL TIMES” – Baş nazir Ərdoğan seçkidə qalib gəldiyini elan edərək bunun onu qaçaqmalçılıqda və təhlükəsizliyi təmin etməməkdə təqsirli bilənlərə ən yaxşı cavab olduğunu deyib: “Bizə tapşırılacaq hər bir vəzifə üçün özümüzü fəda etməyə hazırıq”. O, həmçinin avqust ayındakı prezident seçkilərində də namizəd olacağının siqnalını verib.

“HAARETZ” – Ərdoğan bələdiyyə seçkilərində qalib gəldiyini elan edib. Türkiyə baş naziri onu qaçaqmalçılqıda ittiham edənləri xain adlandırıb və bunun cəzasını çəkəcəklərini bildirib”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti