"Atamın ev muzeyini bərpa edən fəhlələrə kömək edirdim" - Polad Bülbüloğlu

 "Atamın ev muzeyini bərpa edən fəhlələrə kömək edirdim" -    Polad Bülbüloğlu
  24 Noyabr 2021    Oxunub:2007
"Atamın ev muzeyini bərpa edərkən çox böyük həvəslə səhərdən axşamadək fəhlələrin yanında oldum. Bərpa prosesini izləyirdim, kömək edirdim. Bu mənim üçün çox xoş idi”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu jurnalistlərə açıqlamasında deyib. O belə günləri yaşadığı üçün xoşbəxt olduğunu qeyd edib.

“Moskvada da mənə sual verirlər ki, necə ola bilər ki, o boyda beynəlxalq hava limanı cəmi 8 aya tikilib? Doğrudan da, bu böyük möcüzədir. Mən özüm avtomobil sürməyi çox sevirəm. Şuşaya özüm sükan arxasında gedib-gəlirəm.

Bu yolun tikilməsi demək olar ki, gözümün qarşısında mərhələ-mərhələ həyata keçirilib, 8-9 aya dağların ətəyində asfalt yol salınıb. Biri var bunu televizayadan izləyəsən, biri də var ki, özün gözlərinlə görəsən, ayağınla gəzəsən. Çox böyük zövq alırsan ki, sənin dövlətin, sənin Prezidentin böyük işlər görür və bu işlər uğurla həyata keçirilir”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Şuşa   Polad-Bülbüloğlu  





Xəbər lenti