Memarlar İttifaqının sədri əhaliyə çağırış etdi

 Memarlar İttifaqının sədri əhaliyə çağırış etdi
  24 Noyabr 2021    Oxunub:2747
"Hazırda qarşıda duran məqsədlər sadə deyil. Burada diqqət yüksək olmalı, tədqiqat aparılmalıdır. Dünyada müxtəlif fikirlər var və o fikirləri düşmənimiz daha da qızışdırır. Onlar abidələrin bizə aid olmaması ilə bağlı təbliğat aparırlar".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib:

"Hər birimiz öz iş yerimizdə və sərbəst vaxtımızda düşünməliyik ki, mədəni irsimizi təbliğ etməli, yazılar yazmalıyıq. Mən beynəlxalq görüşlərdə daim bu haqda danışıram. Düşünürəm ki, hamı bacardığı təbliğatı aparmalıdır. Bu işin ən vacib tərəfi məlumatları düzgün çatdırmaqdı".

Aytən Zəhra
AzVision.az


Teqlər: Memar   Qarabağ  



Xəbər lenti