"UNESCO azad olunan ərazilərə missiya təşkil etməlidir"" - ABŞ səfiri
"Bu ərazilərdə minilliklər ərzində çoxsaylı xalqlar yaşayıb. Bunun nəticəsində Azərbaycanda İslam, xristian və yəhudi dinindən olanlar tarixi mülklərindən istifadə edib. Bunların hamısının eyni zamanda mühafizəyə ehtiyacı var".
Səfir bildirib ki, abidələrin bərpası və mühafizəsi xalqın kimliyini müəyyənləşdirir: "Ağdam, Füzuli və azad edilən digər ərazilərdə bərpa işləri başlananda bəzi şəkilləri görmüşəm. Əminəm ki, Azərbaycan müxtəlif insanların tarixi-mədəni irslərinin mühafizəsinə eyni dərəcədə diqqət və qayğı ilə yanaşacaq. Bura azərbaycanlı, ermənilər və digər xalqlar daxildir. Bu yerlərdə dini abidələrə dəyən ziyanla bağlı narahatedici şəkillər, hesabatlar görmüşük. Düşünürük ki, UNESCO və digər ekspertlərin azad edilən ərazilərə daxil olmasına icazə verilməlidir. İlk addım olaraq buna ehtiyac var".
Aytən Zəhra
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


