"Mədəni irsimiz ermənilər tərəfindən dağıdılıb və oğurlanıb" - Nazir

 "Mədəni irsimiz ermənilər tərəfindən dağıdılıb və oğurlanıb" -    Nazir
  24 Noyabr 2021    Oxunub:1644
Biz böyük qayıdışın başlanğıcındayıq. Böyük qayıdış da mədəniyyətlə başlayır.
AzVision.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib. O bildirib ki, mədəniyyət, mədəni irs xalqların kimliyini, tarixi yaddaşı əks etdirən fenomendir:

"Burada söhbət abidələrin fiziki mövcudluğundan yox, mənəvi yükündən gedir. Mədəni irs dəyərlərimizi göstərən əyani sübutdur. Mədəni irs işğal zamanı ermənilər tərəfindən amansızcasına dağıdılıb, məhv edilib, oğurlanıb. Məqsəd bizim orada minilliklərə mövcud olduğumuzu silməkdir. Bu, mədəni soyqırımıdır, hümanitar hüquqa, konvensiyalara zidd hərəkətdir.

30 il ərzində erməni faşistləri Azərbaycan mədəniyyətinin izləri olan mədəni irsi silməklə məşğul olublar. Onlar məscidlərimizdə ev heyvanları, donuzlar saxlayıb, etik normalara zidd olan hərəkət ediblər. Bu çox davam etmədi. Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz Qarabağı düşmən tapdağından azad etdi".

Aytən Zəhra
AzVision.az



Teqlər: Qarabağ   Mədəniyyət  



Xəbər lenti