"Bu gün "Apple" şirkətindən məktub aldım. Bildiriş xarakterli məktubu ən azı 2 səbəbə görə ictimailəşdirmək qərarına gəldim. Birincisi, bu məktub mənim Ermənistan hakimiyyətinin şəxsi həyatım və ailə həyatımla bağlı hüquqlarımı pozmasına dair əvvəlki bəyanatlarımı təsdiqləyir. Deyirdim ki, siyasi fəaliyyətimlə bağlı olan telefon danışıqlarının qanunsuz dinləmə cəhdləri həyata keçirilib. Yenə deyirəm, əlimdə faktiki məlumat var ki, təkcə özümün deyil, mənə yaxın adamların və ailə üzvlərimin telefonlarına da “Pegasus” proqramı ilə hücumlar olub.
"Paşinyan müxalifətin "dinlənilməsi" üçün 7 milyon xərcləyib"- Erməni mediası |
Qeyd edək ki, bundan öncə də İrəvanda müxalifətin izlənməsi və dinlənməsi ilə bağlı qalmaqallar yaşanmış, iqtidarın ünvanına ciddi ittihamlar səslənmişdi.
Tural Tağıyev
AzVision.az