Tələbələrə kredit möhləti bu şərtlərlə veriləcək

 Tələbələrə kredit möhləti bu şərtlərlə veriləcək
  25 Noyabr 2021    Oxunub:1409
"Təhsil aldığı müddətdə tələbədən kredit geri istənilməyəcək və faiz hesablanmayacaq".
AzVision.az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev deyib. O bildirib ki, sosial təhsil tələbə krediti üzrə illik faiz dərəcəsi 2, standart tələbə krediti üzrə illik faiz 6-dır.

“Tələbə krediti hər semestrdə alacaq. Məzun olduqdan sonra tələbəyə 2 illik güzəşt veriləcək. Bu müddətdə tələbənin iş tapması gözlənilir. Bu dövrdə də tələbənin kreditinə faiz hesablanmayacaq. 2 ildən sonra 10 il ərzində kreditin qaytarılması icra olunacaq. Bu dövrdə tələbə həm faizi, həm də əsas məbləği qaytarmalıdır”.

Nazir müavini həmçinin qeyd edib ki, kreditin qaytarılması dövründə tələbəyə güzəştlər edilə bilər.

“Məzun yenidən yüksək təhsil pilləsinə qəbul olunduqda, həqiqi hərbi xidmətdə olan zaman, analıq məzuniyyətdədirsə, məhkumluq həyatı yaşayırsa, sağlamlıq imkanı məhdud şəxsə və ya I dərəcə əlil şəxsə qulluq edirsə, bu dövrdə tələbədən kredit tələb olunmayacaq və faiz hesablanmayacaq. Möhlət müddəti 2-4 il arasıdır. Təhsil krediti ölüm hadisəsi və əmək qabiliyyətinin tam və qismən itirilməsinə görə sığortalanır”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil   Kredit  





Xəbər lenti