"56 min tələbənin kreditdən yararlanmaq şansı var" - Nazir müavini

   "56 min tələbənin kreditdən yararlanmaq şansı var" -    Nazir müavini
  25 Noyabr 2021    Oxunub:595
"Azərbaycanda 266 mindən artıq tələbə təhsil alır, onun 246 mini əyani formada oxuyur. Onlardan 146 mindən bir qədər çoxu ödənişli təhsil alır. Həmin tələbələrdən dövlət hesabına təhsil alanlar 20 min 200 nəfərdir. 126 min tələbə təhsil haqqını özləri ödəyir və onlar təhsil tələbə krediti üçün müraciət edir".
AzVision.az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev deyib. O bildirib ki, aparılan araşdırma zamanı bu tələblərin heç də hamısı kredit ala bilməyəcək.

“Onların içərisində kredit borcu olan, ümumi müvəffəqiyyət göstəricisi 71 baldan aşağı olanlar var. Bunları çıxsaq, ümumilikdə 56 min 200 tələbənin potensial TTK üçün müraciətini gözləyirik. Onlardan 40 465 nəfəri bakalavr, 5 426-sı magistr, 10 317-si isə subbakalavrdır”.

Aytən Zəhra
AzVision.az




Teqlər: Təhsil   Kredit  





Xəbər lenti