Kredit ikinci ali təhsil alanlara da veriləcək

  Kredit ikinci ali təhsil alanlara da veriləcək
  25 Noyabr 2021    Oxunub:2726
"İkinci ali təhsil alan tələbə əyani, ödənişli formada oxuyursa və əvvəlki təhsil dövründə kredit götürməyibsə, tələbə təhsil kreditindən yararlana bilər".
AzVision.az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev deyib. O bildirib ki, TTK sistemi bu gündən açıqdır:

“Müraciət üçün konkret dövr yoxdur. Çalışırıq ki, tələbələr kreditdən yararlana bilsin.Tələbənin digər təhsil müəssisinə köçürülməsi kredit öhdəliklərini dəyişdirmir”.

Aytən Zəhra
AzVision.az



Teqlər: Kredit   Təhsil  





Xəbər lenti