ABŞ-a məxsus hərbi gəmi Qara dənizə daxil olub

ABŞ-a məxsus hərbi gəmi Qara dənizə daxil olub
  25 Noyabr 2021    Oxunub:1072
ABŞ-ın Avropa-Afrika Hərbi Dəniz Qüvvələrinin 6-cı Dəniz Donanmasına məxsus hərbi gəmi Qara dənizə daxil olub. Bu barədə 6-cı Dəniz Donanması məlumat yayıb.


Qeyd olunub ki, müntəzəm patrul çərçivəsində Qara dənizə daxil olmuş idarəolunan raketlər daşıyan “USSArleighBurke” (DDG51) hərbi gəmisi vacib beynəlxalq dəniz yollarında təhlükəsizlik və sabitliyin təmin edilməsi məqsədi ilə regiondakı NATO müttəfiqləri və tərəfdaşları ilə birgə fəaliyyət göstərəcək, qarşılıqlı əməliyyat qabiliyyəti və effektivliyin yüksəldilməsi məqsədi ilə tərəfdaş potensialı yaradacaq.

AzVision.az



Teqlər: ABŞ   Qara-dəniz  





Xəbər lenti