Samir Nuriyev Putinin xüsusi nümayəndəsi ilə görüşüb
Görüşdə humanitar əlaqələrin vacib tərkib hissəsi olan mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub və bu sahədə birgə tədbirlərin keçirilməsinə dair fikir mübadiləsi aparılıb. Azərbaycanda rus dilinə və rus mədəniyyətinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı yüksək qiymətləndirilib, ölkəmizdə təhsilin rus dilində aparıldığı 340-dan çox məktəbin fəaliyyət göstərdiyi qeyd olunub.
COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan ilə Rusiya arasında humanitar sahədə əlaqələrin davam etməsi məmnunluqla vurğulanıb.
Söhbət zamanı, həmçinin diaspor və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
AzVision.az