Polis 31 kq narkotik ələ keçirildi - VİDEO
Fərhad Nuroğlu və Ramin Qurbanovun ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, onlar xarici ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq narkokuryerliyə cəlb ediliblər. Daha sonra Fərhad Nuroğlu narkotik vasitələri Yardımlı rayonu ərazisində qəbul edərək Qaradağ rayonu ərazisində tanışı Ramin Qurbanova verib. Sonuncu isə narkotikləri yaşadığı evə gətirərək orada gizlədib.
Onların məqsədi əldə etdikləri külli miqdarda narkotik vasitə və psixotrop maddələrin hissə-hissə Bakı şəhərində satışını təşkil etmək olub. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Hər iki şəxs barəsində məhkəmə tərəfindən həbs qətimkan təsdbiri seçilib.
AzVision.az