Ukrayna NATO XİN rəhbərlərinin iclasında iştirak edəcək
xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Dmitri Kuleba mətbuat konfransında deyib.
Onun sözlərinə görə, iclasda Gürcüstan da təmsil olunacaq: "30 noyabr və 1 dekabr tarixlərində NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Riqa görüşündə iştirak edəcəyəm. NATO üstəgəl Ukrayna və Gürcüstan - "30+2" formatında iclas Qara dəniz regionunda təhlükəsizlik mövzusuna həsr olunacaq".
Kuleba əlavə edib ki, danışıqlar zamanı Rusiya ilə sərhəddəki vəziyyətlə bağlı məsələ qaldıracaq. Nazir Ukraynanın görüşə dəvət olunmasını çox yaxşı əlamət adlandırıb. Bunu Rusiya ilə qarşıdurmada Ukraynaya dəstək siqnalı kimi qəbul etdiyini söyləyib.
Pərvanə Sultanova
AzVision.az