Bakının 15-ə yaxın məktəbində istilik problemi var

 Bakının 15-ə yaxın məktəbində istilik problemi var
  25 Noyabr 2021    Oxunub:1047
"Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 15 -ə yaxın məktəbdə istiliklə bağlı müəyyən problemlər var".
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib. O bildirib ki, problemlərin həlli istiqamətdə mütəmadi addımlar atılır:

"Bir müddət əvvəl istiliklə bağlı ajiotaj var idi, artıq onlar yavaş-yavaş səngiyir".

İdarə müdiri güclü külək nəticəsində problem yaranan məktəblər barədə də danışıb. O qeyd edib ki, problemlər mütəmadi şəkildə olur, amma həll olunması üçün addımlar atılır.

AzVision.az



Teqlər: Məktəb  





Xəbər lenti