Dünya şöhrətli azərbaycanlı alimlər Bakıda

Dünya şöhrətli azərbaycanlı alimlər Bakıda
  25 Noyabr 2021    Oxunub:973
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov dünya şöhrətli azərbaycanlı alimlər - Humboldt mükafatını almış ilk azərbaycanlı riyaziyyatçı Məsud Əfəndiyev və 2011-2021-ci illərdə Kanadanın Vaterlo Universitetinin prezidenti olmuş Ferudin Həmdullahpur ilə görüşüb.
Komitənin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, qonaqları salamlayan F.Muradov xaricdə fəaliyyət göstərən elmi diaspor üzvlərinin fəaliyyətini yüksək qiymətləndirib, onların həyat və fəaliyyətinin gənc diaspor üzvləri üçün nümunə olduğunu bildirib.

Görüş zamanı Azərbaycan həqiqətlərinin təbliğinə hesablanmış və Dövlət Komitəsi tərəfindən həyata keçirilən “Beyin qazanma proqramı” barədə məlumat verilib, xaricdə Azərbaycanı layiqincə təmsil edən elm adamlarının diaspor fəaliyyətində iştirakının əhəmiyyəti vurğulanıb.

AzVision.az


Teqlər: Alim  



Xəbər lenti