Xalq artisti ona göstərilən yüksək diqqət və qayğıya görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib və ürək sözlərini dilə gətirib:
“Qazandığımız qalibiyyətin sevinci bir günə sığmaz. Bizim ruhumuza, qanımıza, canımıza, yaddaşımıza əbədi həkk olunub. Ali Baş Komandanın əmri, müzəffər ordumuzun yenilməzliyi sayəsində belə möhtəşəm Zəfər qazandıq, xalq olaraq Zəfərin zirvəsini fəth etdik, 30 illik həsrətə 44 günlük haqq savaşımızla son qoyduq. Vətən yolunda canından-qanından keçən, bizə Zəfər bayramımızı qeyd etməyə vəsilə olan müqəddəs şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzulayıram. Şəhidlərimizin mərd anlarının qarşısında baş əyirəm. Onlar bizə milli kimliyimizi qaytardılar”.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


