Əfqanıstanda baş verən partlayışda beş uşaq ölüb

Əfqanıstanda baş verən partlayışda beş uşaq ölüb
  25 Noyabr 2021    Oxunub:630
Əfqanıstanın şimal-qərbindəki Taxar əyalətində mina partlaması nəticəsində beş uşaq ölüb.
AzVision.az xəbər verir ki, bu barədə “Aamaj News” məlumat yayıb.

Bölgənin informasiya və mədəniyyət idarəsinin rəhbəri deyib ki, hadisə günorta saatlarında əyalətin inzibati mərkəzi rayonlarından birində - Talukan şəhərində baş verib. Bir qrup azyaşlı partlayıcı qurğunu satış üçün şəhərə gətirməyə cəhd edərkən mina işə düşüb. Partlayış nəticəsində 5 uşaq həlak olub.

Oxşar hadisələr mütəmadi olaraq Əfqanıstanın müxtəlif bölgələrində baş verir. Belə ki, noyabrın 8-də Uruzqan əyalətində mərminin partlaması nəticəsində 3 uşaq həlak olub, daha 5 uşaq yaralanıb. Noyabrın 3-də isə Kunduz vilayətində baş verən partlayışda iki uşaq həlak olub, 5-i yaralanıb.

AzVision.az



Teqlər: Əfqanıstan   partlayış  





Xəbər lenti