Türkiyənin Təhlükəsizlik Şurası: "Ermənistanın atəşkəsə əməl etməsi vacibdir"
Qeyd olunub ki, əsas müzakirə mövzusu Türkiyənin iqtisadiyyatı olub. Ölkənin 100-cü ildönümündə hər sahədə olduğu kimi iqtisadiyyat sahəsində də güclənməsinə qərar verilib”.
Türkiyə daxilində və xaricdə terrorla mübarizədə atılan addımlar və bu sahədəki mövcud vəziyyət də diqqətdə olub.
Toplantıda Qafqaz, Balkan ölkələri, Egey, Qara dəniz, Aralıq dənizi, Yunanıstan və Suriyadakı son vəziyyətlə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
"Biz qonşularımız arasında yaranan mübahisələrin sülh yolu ilə, beynəlxalq hüquq normaları və ölkələrin ərazi bütövlüyünə hörmət çərçivəsində həllinin tərəfdarıyıq. Ermənistanın ona uzadılan sülh əlini fürsət olaraq dəyərləndirməsi, atəşkəs rejiminə tam əməl etməsi və əməkdaşlığa qatılması vacibdir", - açıqlamada deyilir.
AzVision.az