AZAL-ın Müşahidə Şurasının iclası keçirilib

AZAL-ın Müşahidə Şurasının iclası keçirilib
  25 Noyabr 2021    Oxunub:789
AZAL-ın ofisində Prezident İlham Əliyevin 30 mart 2021-ci il tarixli sərəncamı ilə təsis edilmiş “Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasda aviaşirkətin cari fəaliyyəti və aktual məsələlər, həmçinin dövlət başçısının fərman və sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər müzakirə olunub.

Görüşdən sonra Müşahidə Şurasının üzvləri üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda işçi ekskursiya təşkil olunub.

AzVision.az



Teqlər: AZAL  





Xəbər lenti