Rusiyada mədəndəki yanğında ölənlərin sayı 52 nəfərə çatıb- YENİLƏNİB

 Rusiyada mədəndəki yanğında ölənlərin sayı 52 nəfərə çatıb-  YENİLƏNİB
  25 Noyabr 2021    Oxunub:997
Rusiyanın Kemerovo vilayətində kömür mədənində yanğın nəticəsində 6 xilasedici də daxil olmaqla ölənlərin sayı 52 nəfərə çatıb.
AzVision.azxəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hadisəyə görə mədənin direktoru, onun birinci müavini və sahə rəhbəri saxlanılıb. Müəyyən edilib ki, saxlanılan şəxslər istehsalat obyektlərində sənaye təhlükəsizliyi tələblərini pozublar.

Xatırladaq ki, noyabrın 26-dan 28-dək vilayətdə matəm elan edilib.

***
Rusiyanın Kemerovo vilayətindəki “Listvyajnaya” kömür mədənində qəza nəticəsində itkin düşmüş şaxtaçıları axtaran xilasedicilərdən üçünün meyiti tapılıb.

AzVision.az xəbər verir ki, mədənin dərinliklərində xilasetmə əməliyyatları aparan xilasedicilər dəstəsi ilə yerli vaxtla saat 15:00-dan əlaqə itmişdi. Onlar metan qazının səviyyəsinin artması haqqında xəbərdarlıq siqnalından sonra əlaqəyə çıxmalı idilər.

Xatırladaq ki, “SDS-Uqol” holdinqinə məxsus mədəndə qəza səhər saatlarında baş verib. Qəza zamanı yerin altında 285 şaxtaçı olub. Hadisə nəticəsində xilasedicilərlə birlikdə 14 nəfər həlak olub, 60 nəfər yaralanıb. Daha 35 şaxtaçının mədənin uzaq küncündə olduğu bildirilir. Onlarla əlaqə yaratmaq mümkün olmayıb. Metan qazının səviyyəsinin yüksək olması və partlayış təhlükəsi səbəbindən axtarış işləri hazırda dayandırılıb.

AzVision.az



Teqlər: Rusiya   yanğın  





Xəbər lenti