İsrailə girişin şərtləri asanlaşdırıldı
“Koronavirusla Mübarizə Nazirləri Komissiyası telefon səsverməsi zamanı Səhiyyə Nazirliyinin mütəxəssislərinin xaricdən İsrailə daxil olma qaydalarını yeniləmək və İsrailə daxil olanlara mövcud tələblərə (İsrailə yola düşməzdən əvvəl 72 saat ərzində PCR testi) alternativ olaraq yola düşməzdən 24 saat əvvəl antigen-testindən keçməyə icazə vermək tövsiyəsini təsdiqləyib”, - deyə Baş nazirin ofisinin bəyanatında deyilir.
Məlumata görə, anticisim testi İsrailə uçmazdan əvvəl sertifikatlı laboratoriyada aparılmalıdır. Yəhudi dövlətinə gəldikdən sonra səyyahlar əvvəllər olduğu kimi “Ben Qurion” hava limanında PCR testindən keçməli olacaqlar.
AzVision.az
Teqlər: İsrail