Şuşanın türk dünyasının mədəniyyət paytaxtı seçilməsi Azərbaycana nə verəcək?
“Bu gün Özbəkistan deyiləndə Buxara, Xivə, Səmərqənd şəhərləri kimi mədəniyyət ocaqları nəzərdə tutulur. Türkiyə düşünəndə Konya, İstanbul və digər şəhərləri nümunə gətiririksə, Azərbaycanda da Bakı, Şəki, eləcə də Şuşa şəhərləri mədəni irsin nümunəvi mərkəzləridir.
2023-cü ildə silsilə tədbirlər keçirilməklə, abidələri daha geniş auditoriyaya, türkdilli ölkələrin nümayəndələrinə çatdıracağıq. Bununla 30 illik işğal dövründə hansı boşluğun yarandığını, gələcəkdə bu boşluğu doldurmaq üçün hansı işlər görməyimizi həm düşünəcəyik, həm onlara cavab tapacağıq, eləcə də gələcək birgə fəaliyyətimizi müəyyənləşdirəcəyik”.
Aytən Zəhra
AzVision.az
Teqlər: Şuşa Azərbaycan







Vaxtında, Aydın, Lazımlı!


