Ermənistanda virusdan daha 40 nəfər öldü

Ermənistanda virusdan daha 40 nəfər öldü
  26 Noyabr 2021    Oxunub:490
Ermənistanda son sutka ərzində daha 675 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 337 005 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 40 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 7459-a yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1431 nəfərdir. Aktiv xəstələrin sayı 15 498 nəfər təşkil edir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Virus  





Xəbər lenti