Qarabağda dağıdılmış bəzi abidələr olduğu kimi saxlanılacaq

   Qarabağda dağıdılmış bəzi abidələr olduğu kimi saxlanılacaq
  26 Noyabr 2021    Oxunub:1189
“Tarix və mədəniyyət abidələrinin bərpası həmişə Azərbaycan dövlətinin bilavasitə səyləri nətiəsində həyata keçirilib. Lakin bərpa prosesində müxtəlif formatlardan da bəhrələnmək mümkündür. Bu, özəl-dövlət tərəfdaşlığı, hər hansı müəssisənin və ya şəxsin müraciəti əsasında da ola bilər”.
Bunu AzVision.az -a açıqlamasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli deyib. Onun sözlərinə görə, bu prosesdə qanunvericilik, onun tələbləri, prosedurlar rəhbər tutulur.

“Eyni zamanda müxtəlif müraciətlər də nəzərdən keçirilir ki, onlar da həm dövlətimizin prosesin həyata keçirilməsinə olan yanaşmasına, eləcə də qanunvericilik bazasına və fəaliyyətin keyfiyyət əmsalına uyğun gəlməlidir.
İstər ölkə daxili, istərsə də ölkə xaricindən tərəfdaşlar, ayrı-ayrı hüquqi şəxslər bərpa prosesində iştirak etmək müraciət edirlər. Onar müvafiq şəkildə məlumatlandırılır və prosesi daim izləməyi bildiririk”.

A.Cəfərli qeyd edib ki, dağıntı miqyası böyük olduğu üçün tarix mədəniyyət abidələrinin bərpası birdəfəlik proses deyil:

“Abidələr içərisində konservasiya olunacaq binalar da var. Ağdamda dram teatrının 3 tağı qalıb. Tağ qələbə nişanəsidir. Çörək muzeyi dünyada ikincidir. Füzulidə olan “Araz nəşriyyatı”nın binasının tağı qalıb. Həmin binaların konservasiya olunması daha məqsədəuyğundur. Əslində işğalın acı nümunəsini sağlamaqla gələcəkdə bunların bir daha baş verməməsi üçün hamımıza fərd, xalq olaraq çağırış etmiş olacağıq. Bu binaların tağlarının qalması əslində qələbəyə səsləyən əlamətdir. Həmin binaların yenilənəcək şəhərlər içərisində olduğu kimi saxlanılması zəfərin əlaməti ola bilər”.

Xidmət rəisi qeyd edib ki, yenidən qurulan hər bir rayonda mədəniyyət kvartalları olacaq. Bu çərçivədə teatr, muzey də olacaq.

Aytən Zəhra
AzVision.az



Teqlər: Qarabağ   Abidə  



Xəbər lenti